Logo

"YouTube"da "Hype" funksiyasının sınaq versiyası istifadəyə verilib

26.06.2024 11:23 293 baxış
IMG

"Google" şirkəti "YouTube" üçün "Hype" funksiyasının sınaq versiyasını istifadəyə verib.

Tehsil.biz xəbər verir ki, bu barədə Doqquzdan beşə "Google" məlumat yayıb.

Qeyd olunub ki, onun məqsədi kiçik kanalların müəlliflərinin izləyicilərinin sayını artırmaqdır.

Yenilik hazırda 500 minə qədər abunəçisi olan kiçik kanalların izləyiciləri üçün nəzərdə tutulub. "Hype" funksiyası izləyicilərə yeddi gün ərzində yayımlanan videoları irəli çəkməyə imkan verir.

Hazırda "Hype" düyməsi Braziliya, Türkiyə və Tayvandan olan istifadəçilər üçün əlçatandır.

Eksperimental funksiyanın digər istifadəçilər üçün nə vaxt əlçatan olacağı açıqlanmayıb. Həmçinin, "Google"un bu funksiyanı pullu etməyi planlaşdırıb-planlaşdırmadığı da məlum deyil.

Qeyd edək ki, "YouTube" şirkəti daha əvvəl videolara qeydlər əlavə etmək funksiyasını istifadəyə verəcəyi ilə bağlı məlumat yayıb.

Xəbər lenti