Logo

Norveçdə övladlarını "Quran məktəbləri"nə göndərən valideynlər cəzalandırılacaqlar

26.06.2024 13:04 223 baxış
IMG

Norveç övladlarını xaricdəki dini məktəblərə göndərən valideynlər üçün cəzalar nəzərdə tutan qanunvericiliyə dəyişikliklər hazırlayır.

Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, xüsusi hüquq komitəsi üç il ərzində immiqrant ailələrdən olan uşaq və gəncləri "öz valideynlərindən daha yaxşı qorumaq üçün" qanunvericiliyin dəyişdirilməsinin lazım olub-olmadığını araşdırıb.

Əmək və İnteqrasiya Nazirliyinə araşdırmaların nəticələri və təklifləri özündə əks etdirən 500 səhifəlik hesabat təqdim edilib.

Nazir Tonje Brenna qeyd edib ki, təkliflər "son dərəcə əhəmiyyətlidir" və gecikmədən onlara əməl edilməlidir.

Xəbər lenti