Logo

Şəkidə məktəb binası yanıb

20.06.2024 09:57 349 baxış
IMG

İyunun 19-da təxminən saat 23:10 radələrində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki rayonu Turan qəsəbə tam orta məktəbinin həyətində yerləşən istifadəyə yararsız binanın ikinci mərtəbəsində yanğın hadisəsi baş verib.

Tehsil.biz xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsi məlumat yayıb

Bildirilib ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası və canlı qüvvəsi cəlb olunaraq yanğın söndürülüb, yanğınla bağlı zərərçəkən olmayıb.

Qeyd olunub ki, yanğının baş vermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Xəbər lenti