Logo

BANM tələbələri ABŞ Dövlət Departamentinin proqramının qalibi olublar

20.06.2024 10:15 246 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri ABŞ Dövlət Departamentinin dəstəyi, “Ventures Well”in təşkilatçılığı ilə Cənubi Qafqaz ölkələri üçün akselerasiya proqramının qalibi olublar.

Bu barədə "Tehsil.biz"ə BANM-dən məlumat verilib.

Bildirilib ki, qaliblər kimya mühəndisliyi ixtisasının V kurs tələbələri Fatimə Məmmədova və Fərid Əliyevdir. “Atəşgah” komandasının tərkibində çıxış edən BANM tələbələri Tbilisidə keçirilən 5 həftəlik proqramı uğurla tamamlayıblar. Qaliblər 5000 dollar mükafat əldə ediblər. Layihənin mentoru BANM-in əməkdaşı Elmar Əsgərzadədir.

Xatırladaq ki, “Atəşgah” bundan öncə “TEKNOFEST” festivalının da qalibi olub. Layihənin əsas məqsədi isə günəş panellərinin soyudulmasıdır. Proqram Azərbaycan üzrə SUP VC şirkətinin dəstəyi ilə həyata keçirilib. Sözügedən şirkət “Ventures Well”in Azərbaycan üzrə tərəfdaşıdır.

Xəbər lenti