Logo

Milli Kitabxanada “Professor Nazim Axundоv-100” adlı kitab sərgisi açılıb

20.06.2024 10:43 223 baxış
IMG

Milli Kitabxanada Azərbaycan mətbuatının görkəmli tədqiqatçılarından sayılan professor Nazim Axundovun 100 illiyi münasibətilə “Professor Nazim Axundоv-100” başlıqlı geniş kitab sərgisi açılıb.

Kitabxanadan "Tehsil.biz"ə bildirilib ki, sərgidə alimin ədəbi-mədəni yaddaşımızın öyrənilməsinə həsr edilən ədəbiyyatşünaslıqla bağlı tədqiqat əsərləri, biblioqrafiyaları, tərtibçi, elmi redaktor, tərcümə və “Ön söz”ün müəllifi olduğu, həyat yolu və yaradıcılığı haqqında ədəbiyyatlar Azərbaycan və rus dillərində nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Xəbər lenti