Logo

Honkonq Kore Akademiyası ilə elmi əməkdaşlıq məsələləri müzakirə edilib

20.06.2024 11:34 175 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Çinə səfəri çərçivəsində Honkonq Kore Akademiyasının Cuci Filialında olub.

AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, Honkonq Akademiyasının rəhbərliyi ilə Cuci şəhərindəki elmi mərkəzdə keçirilən görüşdə Azərbaycan-Çin elmi əlaqələrindən söhbət açılıb, əməkdaşlıq məsələləri müzakirə edilib.

Bu ilin fevral ayında Honkonq Kore Akademiyasının Rəyasət Heyətinin qərarı ilə bu elmi qurumun həqiqi üzvü seçilmiş AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə Kore Akademiyasının həqiqi üzvlüyü diplomu və akademiyanın üzvlük nişanı təqdim olunub.

Səmimi elmi müzakirə şəraitində keçirilən görüşdə Honkonq Kore Akademiyası Rəyasət Heyətinin üzvü professor Vu Jirau, həmin elmi qurumun Cuci filialının sədri vəzifəsini icra edən professor Lei Li, elmi əməkdaşlardan professor şair-fizik Vang Vedong, Viktor Riabuk, Çuo Haiping, Li Venhao və başqaları çıxış ediblər.

Sürətli qatarların hərəkət tezliyi fizikasının yaradıcısı, şair-fizik, professor Vang Vedong yeni çapdan çıxmış şeirlər kitabını AMEA-nın prezidentinə təqdim edib.

Xəbər lenti