"Azərbaycanda İKT sektorunun inkişafına xüsusi diqqət göz önündədir".
Tehsil.biz xəbər verir ki, bu fikirləri Qırğızıstanın sabiq Baş naziri Comart Otorbayev “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı çərçivəsində təşkil edilən “Elm, texnologiya və innovasiyanın rolu” mövzusunda panel müzakirələrində çıxışında deyib.
Onun sözlərinə görə, hazırda Çin İKT sahəsində dünyada aparıcı yer tutur.
"Sevindirici haldır ki, hazırda Azərbaycan Çin ilə İKT sahəsində çox sıx əməkdaşlıq edir, - C.Otorbayev bildirib.
Qırğızıstanın sabiq Baş nazir qeyd edib ki, ölkəni innovasiyalar məkanına çevirmək üçün İKT sektorunda çalışan mütəxəssislərin kritik kütləsini toplamaq şərtdir:
"Bu baxımdan COP29-un önəmli platforma olacaq. Azərbaycanın bunun öhdəsindən uğurla gələcəyinə əminəm".