Logo

Bu abituriyentlər buraxılış vərəqəsini çap edə bilərlər

20.06.2024 13:47 154 baxış
IMG

Teatr, kino və xoreoqrafiya sənəti istiqamətinin 53-cü komissiyası üzrə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılış vərəqələrini Dövlət İmtahan Mərkəzinin (DİM) müvafiq səhifəsindən çap edə bilərlər.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, abituriyentlər (subbakalavrlar) Mərkəzin səhifəsində verilmiş qrafikə müvafiq olaraq hər imtahandan 5 gün öncə qeydiyyatdan keçdikləri səhifədə imtahana buraxılış vərəqəsini çap etməlidirlər.

Abituriyentlər (subbakalavrlar) imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslini, imtahana buraxılış vərəqəsini, proqram formasını mütləq gətirməlidirlər.

Xoreoqrafiya sənəti ixtisası üzrə imtahana gələrkən abituriyentlər rəqs paltarı və çəkisi, boyu, onurğa sütunu, ürək fəaliyyəti, görmə qabiliyyəti haqqında tibbi arayış gətirməlidirlər.

DİM imtahan iştirakçılarının nəzərinə çatdırır ki, mobil telefonla imtahan binasına daxil olmaq qadağandır. Ona görə də abituriyentlər musiqi faylını fləş-kart və ya diskə yazaraq imtahan binasına gətirməlidirlər. Yaddaş qurğusuna yazılmış faylın texniki vəziyyətinə və yararlı olmasına görə abituriyent məsuliyyət daşıyır.

Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə edilir. Abituriyentlərə (subbakalavrlara) DİM-in saytını mütəmadi izləmək tövsiyə edilir.

Xəbər lenti