Logo

Qazaxıstanda üç xarici universitetin kampusu açılacaq

20.06.2024 15:03 146 baxış
IMG

2029-cu ilədək xarici universitetlərin filialları Qazaxıstan iqtisadiyyatı üçün zəruri olan 2 mindən çox yüksək ixtisaslı mütəxəssis hazırlayacaq.

Tehsil.biz Kazinform agentliyinə istinadən xəbər verir ki, Qazaxıstanın elm və ali təhsil naziri Nurbek Sayasat bu barədə jurnalistlər üçün təşkil olunan brifinqdə deyib. Onun sözlərinə görə, bu il Qazaxıstanda üç xarici universitetin kampusu açılacaq.

“Qazaxıstan hökuməti xarici universitetlərin ölkəyə gəlməsinə, investisiya yatırmasına, bina tikməsinə və ya almasına icazə verməyə başlayıb. İlk nümunələrdən biri Almatı şəhərinin mərkəzindəki Əl-Fərabi prospektində yerləşən “De Montfort” Universitetidir. Bundan əlavə, Astanada Böyük Britaniyanın “Koventri” Universitetinin, Türküstanda isə Cənubi Koreyanın “Vusong” Universitetinin böyük şəhərcikləri fəaliyyətə başlayacaq”.

Nazirin sözlərinə görə, bu universitetlərin məzunları Böyük Britaniya və ya Koreya Respublikasının diplomlarını alacaq və həmin ölkələrdə işləyə biləcəklər.

Xəbər lenti