Logo

UNEC tələbələrinin bərpaolunan enerjiyə həsr edilən tədqiqat əsəri “Web of Science”də - FOTO

20.06.2024 16:46 218 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) müəllim və tələbələrinin birgə məqaləsi “Web of Science” bazasına daxil olan “Economic and Social Changes: Facts, Trends, Forecast” jurnalında dərc olunub.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, Azərbaycanda bərpaolunan elektrik enerjisi istehsalının modelləşdirilməsinə (Modeling Renewable Electricity Production in Azerbaijan) həsr olunan məqalədə ISE-nin dördüncü kurs tələbələri Emin Rüstəmli və Rəvan Məmmədli, eləcə də müəllim İbrahim Niftiyev Azərbaycanda bərpaolunan elektrik enerjisi istehsalının xətti modelləşdirilməsini icra ediblər.

Elmi məqalə Azərbaycanda yaşıl enerjinin bərqərar olmasında əhəmiyyətli rol oynayan iqtisadi, institusional və siyasət tədbirlərinin 1990-2021-ci illər arasındakı dinamikasını ekonometrik üsulla tədqiq edir. Hazırda Azərbaycan iqtisadiyyatında baş verən sürətli enerji keçidi və universitetlərin də bu prosesə marağının olması belə bir elmi məqalənin ərsəyə gəlməsinə səbəb olub. Məqalə öz yanaşması və nəticələri ilə dövlət siyasəti, qərar verənlər, eləcə də universitetlərin akademik heyətləri üçün faydalıdır. Məqalə ingilis və rus dillərində dərc olunub.

Elmi tədqiqat Dayanıqlı İnkişaf Məqsədlərinin 7-ci (sərfəli və təmiz enerji) və 13-cü (iqlim dəyişikliyinə qarşı mübarizə) müddəalarını da əhatə edir.

Xəbər lenti