Dekabrın 9-10-da AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Gənc Alimlər və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə “Humanitar elmimiz müasir texniki tərəqqi müstəvisində” mövzusunda I respublika elmi konfransı keçiriləcək.
İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, konfransda iştirak etmək istəyənlər oktyabrın 10-dək məruzələrinin tezislərini göndərə bilərlər. Oktyabrın 15-də tezislərin qəbul olunması haqqında iştirakçılara məlumat veriləcək. İştirakı təsdiqlənən məruzəçilər məruzənin tam mətnini noyabrın 1-dək göndərməlidirlər. Konfransın keçiriləcəyi məkan və saat barədə iştirakçılara məlumat veriləcək.
Daha ətraflı məlumatı institutun saytında əldə etmək mümkündür.