"Təhsilverənlərin sertifikatlaşdırılması nəticəsində 55 mindən çox müəllimin əməkhaqqına əlavə alacağı proqnozlaşdırılır".
Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" adlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, məkhaqqına 35 % əlavə alacaq müəllimlərin sayının isə təxminən 17,5 min nəfərə yüksələcəyi gözlənilir.
Nazir, həmçinin qeyd edib ki, təxminən 35 % müəllim 2024-2025-ci tədris ilində 1000 manat və daha yuxarı əməkhaqqı alacaq.
Mərcanə Əsədova