Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Gənclər Təşkilatının və “CreART” mədəniyyət klubları şəbəkəsinin təşkilatçılığı və tələbələrin iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Green World” adlı rəsm sərgisi açılıb.
Bu barədə "Tehsil.biz"ə AzMİU-dan bildirilib.
Universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev, Dizayn fakültəsinin dekanı Fərid Kərimov və “CreART” mədəniyyət klubları şəbəkəsinin rəhbəri Bəxtiyar Quluzadə sərgi barədə fikirlərini bölüşüb, ekologiyanın qorunmasına yönəlik fəaliyyətlərə həssas yanaşdıqları və dəstək göstərdikləri üçün gənclərə öz təşəkkürlərini bildiriblər.
Sərgidə “Gənc rəssamlar” art-klubunun üzvlərinin və digər tələbələrin ekoloji həmrəyliyi təşviq edən rəsm əsərləri nümayiş olunub.