Logo

Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək

21.06.2024 12:29 177 baxış
IMG

İyunun 23-də Dövlət İmtahan Mərkəzi (DİM) aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən, Aqrar Sığorta Fondunun keçirdiyi təlimləri müvəffəqiyyətlə başa vurmuş namizədlər üçün test imtahanı keçirəcək.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, imtahan Mərkəzin elektron imtahanlar korpusunda keçiriləcək (Ünvan Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 108). İmtahan saat 10:00-da başlanacaq. İştirakçılar imtahana buraxılış vərəqəsini DİM-in saytından çap edə bilərlər.

Namizədlər şəxsiyyəti təsdiq edən sənədləri ilə birlikdə saat 09:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

İmtahana qeydiyyat mayın 14-dən iyunun 14-dək aparılıb və bu müddət ərzində 48 namizəd müraciət edib.

Xəbər lenti