Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) ilə Özbəkistanın Ürgənc Dövlət Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb.
MEK-dən "Tehsil.biz"ə bildirilib ki, sənədi MEK-in direktoru Hüseyn Hüseynov və Ürgənc Dövlət Universitetinin rektoru Bəhram Abdullayev imzalayıblar.
Memorandum çərçivəsində birgə innovativ və tətbiqi layihələrin həyata keçirilməsi, elm, mədəniyyət sahəsində qarşılıqlı informasiya dəstəyinin yaradılması, təcrübə proqramının təşkili, yeni texnologiyaların kitabxana sahəsinə inteqrasiya imkanlarının araşdırılması nəzərdə tutulub.