Milli Kitabxanada XIX yüzilliyin birinci yarısında Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafında özünəməxsus şərəfli yer tutan Abbasqulu ağa Bakıxanovun irsinin təbliği məqsədilə “Abbasqulu ağa Bakıxanov–230” adlı geniş kitab sərgisi açılıb.
Kitabxanadan "Tehsil.biz"ə bildirilib ki, sərgidə Abbasqulu ağa Bakıxanovun əsərləri, həyatı, çoxcəhətli bədii və elmi yaradıcılığı haqqında Azərbaycan və müxtəlif dillərdə kitablar, sözlərinə bəstələnmiş musiqi notları nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.