Logo

BDU-ya 1400-dən çox magistrantın qəbulu proqnozlaşdırılır

21.06.2024 14:33 159 baxış
IMG

Bakı Dövlət Universitetinə (BDU) 50 ixtisas, 249 ixtisaslaşma üzrə 1436 magistrantın qəbulu proqnozlaşdırılır.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

Növbəti tədris ilində magistratura səviyyəsində Azərbaycan bölməsi üzrə 1055, rus bölməsi üzrə 230, ingilis bölməsi üzrə isə 151 plan yeri nəzərdə tutulub.

Bu il BDU-nun magistraturasında 7 yeni ixtisaslaşma açılacaq. Bunlar korreksiyaedici təlimin metodika və metodologiyası, ölkəşünaslıq (Qazaxıstan üzrə), ölkəşünaslıq (Özbəkistan üzrə), ərzaq məhsullarının ekspertizası və marketinqi, şəhər kadastrı, akvabitkilər, mədəniyyət hüququ ixtisaslaşmalarıdır.

2024/2025-ci tədris ili üçün ali məktəblərin magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi iyunun 30-dək davam edəcək.

Xəbər lenti