2024-cü ildə magistraturaya keçirilən qəbul imtahanlarında, ümumilikdə 24 min 858 bakalavr iştirak edib.
Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki, builki imtahanda iştirakçıların sayı ötən illə müqayisədə 740 nəfər daha çox olub.
Ötən il müvafiq göstərici 24 min 118 nəfər olub.