Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) 2024/2025-ci tədris ili üçün magistratura səviyyəsinə sənəd qəbulu elan edir.
Bu barədə "Tehsil.biz"ə universitetdən məlumat verilib.
Pedaqoji Universitetdə magistratura səviyyəsi üzrə kadr hazırlığı Azərbaycan və rus bölməsi üzrə əyani formada həyata keçirilir. Həmçinin bu ildən Pedaqoji Universitetdə magistratura səviyyəsi üzrə təhsildə qiymətləndirmə və monitorinq (SABAH) və menecment (Ali təhsilin təşkili və idarə olunması) (SABAH) ixtisaslaşmalarına ilk qəbul aparılacaq. Beləliklə, magistrantlar ADPU-da 30 ixtisaslaşma üzrə yüksəkkeyfiyyətli təhsil almaq imkanına malik olacaqlar.