Logo

Dövlət İmtahan Mərkəzi vakansiya elan edib

22.06.2024 21:31 562 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) daxili audit xidmətində daxili auditor və kiçik daxili auditor vəzifələri vakansiyalar elan edib.

Tehsil.biz xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Hər bir vəzifə üzrə qulluq funksiyaları, vəzifənin tutulma şərtləri və digər tələblər DİM-in saytının “Vakansiya” bölməsinə yerləşdirilib.

Namizədlər müvafiq bölmədə tələblərlə tanış olub "Kadr uçotunun şəxsi vərəqəsi"ni mövzu bölməsində iddia etdiyi vəzifənin adını qeyd etməklə 30 iyun 2024-cü il tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.

Xəbər lenti