Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin müəllimi Könül Heydərova Naxçıvanda ilk dəfə keçirilən sertifikasiya imtahanlarında 60 bal toplayaraq maksimum nəticə əldə edib.
Tehsil.biz xəbər verir ki, onun qardaşı Arbatan kənd tam orta məktəbinin müəllimi Məhərrəm Qafarov isə həmin imtahanda 53 bal toplayıb.
Qeyd edək ki, hər ikisi Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin məzunlarıdır.