Dövlət İmtahan Mərkəzi (DİM)tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) ikinci cəhdi keçirilib.
DİM-dən "Tehsil.biz"ə bildirilib ki, imtahanın keçirilməsi üçün 6 bina, 14 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 119 nəzarətçi, 18 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.
İyunun 24-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalına başlanılacaq.
İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.