Logo

"Dövlət orqanlarının fəaliyyətinin səmərəliliyi dövlət qulluqçularının əməyi hesabına təmin olunur"

23.06.2024 14:07 332 baxış
IMG

"Son illərdə ölkəmizin davamlı və dayanıqlı inkişafını təmin etmək məqsədilə insan kapitalının formalaşdırılması və ondan səmərəli istifadə dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi qəbul edilmiş və bu istiqamətdə atılan bütün təşəbbüslər dövlət tərəfindən dəstəklənmişdir".

Tehsil.biz xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, dünyada olduğu kimi, Azərbaycanda da dövlət orqanlarının fəaliyyətinin səmərəliliyi dövlət qulluqçularının əməyi hesabına təmin olunur:

"Dövlətin vətəndaşlara göstərdiyi xidmətlərin keyfiyyəti, ölkəmiqyaslı qərarların yerlərdə icrası bilavasitə dövlət qulluğunu həyata keçirən şəxslərin peşəkarlıq səviyyəsindən asılıdır. Dövlət qulluqçularının fəaliyyətinin dövlət və  cəmiyyət üçün əhəmiyyəti onların peşə qabiliyyətləri və mənəvi-psixoloji keyfiyyətlərinin yüksək səviyyədə olmasını tələb edir. Dövlət orqanlarının səriştəli kadrlarla təmin edilməsi, dövlət qulluğuna yüksəkixtisaslı mütəxəssislərin cəlb edilməsi dövlət səviyyəsində kadr siyasəti və kadr işinin düzgün təşkilindən olduqca asılıdır. Dövlət qulluğunda kadr siyasəti dövlətə və cəmiyyətə qulluq üçün lazımi keyfiyyətlərə malik peşəkar dövlət qulluqçularını formalaşdırmaqla, müasir kadr idarəetmə mexanizmi və texnologiyasını tətbiq etmək və dövlət orqanlarında kadr xidmətinin rolunu və məsuliyyətini artırmaqla realizə olunur".

Mərcanə Əsədova

Xəbər lenti