Logo

Odessada “Azərbaycan Evi”ndə diaspor nümayəndələri ilə görüş keçirilib

23.06.2024 16:08 137 baxış
IMG

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Odessa şəhərində ölkəmizin diaspor nümayəndələri ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, “Azərbaycan Evi”ndə keçirilən görüşün əsas məqsədi diaspor təşkilatlarının regionda fəaliyyəti ilə tanış olmaq, onların üzləşdiyi problemləri müzakirə etmək, gələcək hədəfləri müəyyənləşdirməkdir.

Azərbaycanın milli maraqlarının müdafiəsi naminə birgə fəaliyyətin vacibliyini vurğulayan səfir S.Mərdəliyev bildirib: “Bu gün qalib ölkənin diaspor fəalları kimi qürurlusunuz. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuz Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Odessada yaşayan həmvətənlərimiz də yeni çağırışlara cavab olaraq öz fəaliyyətini qurmalıdır.

Bütün ölkələrdə olduğu kimi, Ukraynada da diaspor üzvləri həmişə Azərbaycan dövlətinin dəstəyini hiss edib. Müharibə şəraitinə baxmayaraq, Odessada yaşayan həmvətənlərimiz fəaliyyətlərini davam etdirirlər”.

Sonra diaspor nümayəndələrinin çıxışları və təklifləri dinlənilib. Müzakirələrin sonunda səfir səsləndirilən təklif və tövsiyələrin müvafiq qurumlara çatdırılacağını, lazımi qərarların qəbul ediləcəyini söyləyib.

Xəbər lenti