Ötən gün Xəzər dənizində batan 23 yaşlı Samir Haqverdiyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi imiş.
Tehsil.biz xəbər verir ki, bu barədə Azərbaycan Universitetləri səhifəsi paylaşım edib.
Onun ADPU-nun II kurs magistrantı olduğu bildirilir.
Qeyd edək ki, hadisə Novxanı çimərliyində qeydə alınıb. 2001-ci il təvəllüdlü Samir Mikayıl oğlu Haqverdiyev dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.