"Ölkənin xaricində təhsil alan gənclər savadlı ola bilər, ancaq onlar oxuduqları ölkənin milli kimliyi olan dinin tədrisini bizə aşılayacaqlar".
Tehsil.biz xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov “Məzun günü”ndə çıxışı zamanı deyib.
O bildirib ki, bu baxımdan Azərbaycan İlahiyyat İnstitutunun məqsədi ondan ibarətdir ki, milli vətənpərvər ruhda kadrlar yetişdirsin:
"Azərbaycan dövləti İlahiyyat İnstitutuna milli ruhda kadrlar yetişdirmək üçün şərait yaradıb. Azərbaycan İlahiyyat İnstitutu İslam dünyasında məzhəbüstü təhsil verən nadir təhsil ocaqlarından biridir".
Mərcanə Əsədova