Logo

DİM sədrindən qəbul imtahanlarının çətin olması ilə bağlı iddialara MÜNASİBƏT

24.06.2024 11:22 237 baxış
IMG

"Qəbul imtahanlarının modeli tədris ilinin əvvəlində “Abituriyent” jurnalında çap olunub:

Tehsil.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, imtahanın çətinlik dərəcəsini müəyyən etmək üçün kiminsə fikrinə görə qərar vermək düzgün deyil:

“Maraqlanan hər bir şəxs onu imtahanda təqdim olunan modellə müqayisə edə bilər. Fevral ayında sınaq imtahanı keçirildi. O suallar da açıq formada nəşr olunub və kim istəsə müqayisəli təhlil apara bilər. Statistika da gözlədiyimiz nəticəni göstərdi. Bu statistika imtahanda iştirak edən şəxslərin nəticəsi əsasında ölçülür. Bu statistikanı ictimaiyyətə təqdim edirik və onun nəticəsində gözlədiyimiz cavabları görürük”.

Mərcanə Əsədova

Xəbər lenti