Logo

“Divanü lüğat-it-türk”ün 950 illiyi münasibətilə beynəlxalq elmi konfrans keçiriləcək

24.06.2024 13:25 141 baxış
IMG

İyunun 28-də AMEA Nəsimi adına Dilçilik İnstitutunda Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin 950 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Tədbirin açılışında AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, Türk Dil Qurumunun başqanı professor Osman Mert, Özbəkistan Elmlər Akademiyası Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunun direktoru professor Bahrom Abduxalimov çıxış edəcəklər. Konfransda akademik Nizami Cəfərovun “Mahmud Kaşğarinin tədqiqat metodu haqqında”, professor Mahirə Hüseynovanın “Mahmud Kaşğari “Divan”ı və türk dillərinin qrammatikası” və professor İsmayıl Kazımovun “Mahmud Kaşğari “Divan”ı və müasir türk dilləri” mövzularında məruzələri dinləniləcək.

Xəbər lenti