Şamaxı şəhər 6 nömrəli tam orta məktəbdə keçirilən sertifikasiya prosesində bir gün qabaq ciddi qəza keçirərək ayağını zədələyən İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin rus dili müəllimi Əliyeva Bahar İşıq qızı imtahanda iştirak edib.
Tehsil.biz xəbər verir ki, bu barədə Dağlıq Şirvan Regional Təhsil İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, B.Əliyeva 51 bal toplayaraq yüksək nəticə göstərib.