Logo

“Microsoft” korporasiyası “Windows 7” üçün yeniləmə təqdim edib

18.04.2021 16:20 747 baxış
IMG

Köhnəlmiş “Windows 7” əməliyyat sistemi (ƏS) üçün yeniləmə çıxarılıb. Bu haqda “Softpedia” nəşri məlumat verib.

 

Tehsil.biz xəbər verir ki, “KB5001335” adlı yeniləmə paketi həm təhlükəsizlik, həm də əməliyyat sistemi üzrə kiçik yeniləmələri əhatə edir. Məsələn, onlardan bir neçəsi ƏS-də müəyyən səhvləri aradan qaldırır.

 

Jurnalistlərin sözlərinə görə, yeniləmə yalnız sözügedən ƏS-nin bu və ya digər səbəblərə görə “Windows 10”nun mövcud versiyasına kimi yeniləmək imkanına malik olmayan korporativ istifadəçiləri üçün əlçatan olacaq. Məlumata görə, indiyədək dünyadakı kompüterlərin təxminən 20%-i “Windows 7” sisteminin idarəetməsi altında işləyir.

Xəbər lenti