Logo

Buraxılış imtahanlarında ən yüksək və ən aşağı nəticə göstərən bölgələr bunlardır - SİYAHI

24.06.2024 17:13 408 baxış
IMG

Ötən il 9-cu siniflər üzrə buraxılış imtahanında bölgələr arasında ən yüksək nəticəni Sumqayıt, Naxçıvan, Bakı, Mingəçevir şəhərlərinin və Qubadlı, Abşeron, Şahbuz rayonlarının şagirdləri göstərib, bu bölgələrin orta statistik şagirdlərinin göstəriciləri, müvafiq olaraq, 128.1, 127.7, 120.7, 117.6, 114.5, 111.5 və 111.3 bala bərabər olub.

Tehsil.biz xəbər verir ki, bu barədə "Abituriyent" jurnalının 12-ci nömrəsində qeyd edilib.

"Ən aşağı göstəricilər isə Ağcabədi, Sabirabad, Cəlilabad və Daşkəsən rayonlarının şagirdlərinə (müvafiq olaraq, 78.6, 77.9, 74.8 və 73.5 bal) məxsusdur.

11-ci siniflər üzrə buraxılış imtahanında ən yüksək nəticəni Sumqayıt şəhərinin, Qubadlı rayonunun, Bakı və Naxçıvan şəhərlərinin, Abşeron və Xocavənd rayonlarının şagirdləri əldə edib. (müvafiq olaraq, 135.6, 133.0, 126.7, 124.2, 115.8 və 115.6 bal).

Ən aşağı göstəricilər isə Yardımlı, İmişli, Cəlilabad, Sabirabad və Daşkəsən rayonlarının şagirdlərinə (müvafiq olaraq 74.5, 74.1, 71.0, 69.7 və 65.2 bal) məxsusdur", - məlumatda bildirilib.

Mərcanə Əsədova

Xəbər lenti