Logo

AzTU tələbələri Dünya Robot Çempionatının finalına vəsiqə qazanıb

24.06.2024 17:34 106 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri ölkəmizdə ilk dəfə olaraq keçirilən Dünya Robot Çempionatının seçmə mərhələsində iştirak edib.

Bu barədə "Tehsil.biz"ə AzTU-dan bildirilib.

250-dən çox yeniyetmə və gəncin qatıldığı yarışmada AzTU-nu “Blue Horizon” komandası təmsil edib. Aviamodelizm kateqoriyası üzrə çıxış edən tələbələrimiz 8 komanda arasında 3-cü yerə layiq görülərək finala vəsiqə qazanıb.

Qeyd edək ki, “Blue Horizon” komandasının üzvləri: 2-ci kurs tələbələri Tahirə Rəşid, Valeh Gülmətov və Talib Əbilov bu ilin avqust ayında Hindistanın paytaxtı Yeni Dehli şəhərində keçiriləcək Dünya Robot Çempionatının finalında Azərbaycanı təmsil edəcəklər.

Xəbər lenti