Logo

BDU-da riyaziyyatın aktual problemləri üzrə aparılan tədqiqatlar davam edir

24.06.2024 18:01 232 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin dekanı professor Ziyatxan Əliyevin həmmüəllifi olduğu “Sərhəd şərtləri spektral parametrdən asılı olan dördüncü tərtib adi diferensial tənliklər üçün sərhəd məsələlərinin məxsusi funksiyalarının xassələri” (Properties of eigenfunctions of a boundary value problem for ordinary differential equations of fourth-order with boundary conditions depending on the spectral parameter) adlı məqaləsi “Web of Science” bazasında Q1 kvartilli jurnallar siyahısına daxil olan (IF: 2.4) “Journal of Differential Equations” nəşrində dərc olunub.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

Məqalədə spektral parametr bütün sərhəd şərtlərində olan dördüncü tərtib adi diferensial tənliklər üçün məxsusi qiymət məsələsinə baxılıb.

Xəbər lenti