Logo

Milli Kitabxanada ağ ölümə qarşı mübarizənin təbliği məqsədilə sərgi açılıb

25.06.2024 10:29 391 baxış
IMG

Milli Kitabxanada ağ ölümə qarşı mübarizənin təbliği məqsədilə “26 iyun - Narkоmaniyaya və Narkоbiznеsə Qarşı Bеynəlxalq Mübarizə Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan "Tehsil.biz"ə bildirilib ki, virtual sərgidə fotolar, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan materiallar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Narkomaniyaya_qarsi_Mubarize_Gunu/index.htm linkindən istifadə edə bilərlər.

Ənənəvi sərgidə insanların sağlamlığını və həyatını ciddi təhlükə altına alan, əxlaqi və mənəvi dəyərləri sarsıdan, insanlığa xələl gətirən, cəmiyyətin harmoniyasını pozan, sosial-iqtisadi tərəqqini ləngidən, bir sözlə həyatı iflic edən sosial bəla haqqında nəşr ediliş ədəbiyyatlar Azərbaycan və müxtəlif dillərdə nümayiş olunur.

Ənənəvi sərgi bir həftə davam edəcək.

Xəbər lenti