Logo

Bu abituriyentlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər

05.07.2024 10:45 392 baxış
IMG

Teatr, kino və xoreoqrafiya istiqamətinə aid 50 (aktyor sənəti), 51 (rejissorluq) və 52-ci (operator sənəti) komissiyalar üzrə qeydiyyatdan keçən abituriyentlər (subbakalavrlar) imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

Bu barədə Tehsil.biz-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, abituriyentlər (subbakalavrlar) imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər.

Xatırladaq ki, abituriyentlər (subbakalavrlar) cədvəldə verilmiş qrafikə müvafiq olaraq hər imtahandan 5 gün öncə qeydiyyatdan keçdikləri səhifədə “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.

Qrafiklə buradan tanış ola bilərsiniz. 

Qeyd edək ki, qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə edilir. 

Xəbər lenti