İyulun 1-2-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) növbəti “Açıq qapı” günləri keçiriləcək.
Bu barədə "Tehsil.biz"ə MEK-dən bildirilib.
MEK-də kitabsevərlər Azərbaycanın zəngin mədəni irsinin mühafizə olunduğu MEK-də oxucular üçün yaradılmış şəraitlə, zəngin kitab fondu, elektron kataloq, kitabxana sistemləri, sərgilər və digər göstərilən xidmətlərlə yaxından tanışlıq imkanı əldə edəcəklər.
“Açıq qapı” günləri 1-2 iyul saat 10:00-dan 18:00-dək davam edəcək. Giriş sərbəstdir.
MEK-ə yaxınlaşan ziyarətçilərin şəxsiyyətlərini təsdiq edən hansısa bir sənədin üzərlərində olması mütləqdir.