Logo

Alimlər nanokompozitlərin ağız boşluğu xəstəliklərinin müalicəsində istifadə perspektivlərini araşdırırlar

25.06.2024 14:49 229 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin dekanı professor Afət Məmmədovanın həmmüəllifi olduğu “Efir yağları əsasında biokompozitin tədqiqi: ağız boşluğunun bakterial səthinin inhibə edilməsində molekulyar dokinq və in vitro analizləri“ (Exploring essential-oil based bio-composite: molecular docking, and in vitro analysis for oral bacterial biofilm inhibition) adlı məqalə “Web of Science” bazasında Q2 kvartilli (IF: 4.8) “Frontiers in Chemistry” jurnalında dərc olunub.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, ağız boşluğundakı bakterial biotəbəqələr antimikrob preparatlara qarşı müqavimətin inkişafının əsas səbəbidir. Bu da periodontit və gingivit də daxil olmaqla ağır xəstəliklərə səbəb ola bilər. Tədqiqat işində efir yağları əsasındakı nanokompozitlərin bu xəstəliklərin müalicəsində perspektiv metod olduğu göstərilib. Məqalədə hil, mixək və darçından əldə edilən efir yağları əsasında nanokompozitlərin ağız boşluğundakı bakterial infeksiyaların müalicəsində istifadə oluna biləcəyi qeyd edilib.

Xəbər lenti