Logo

BŞTİ ötən il MİQ və yerdəyişmə üçün 3024 vakansiya təqdim edib

25.06.2024 15:41 509 baxış
IMG

2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 3024 vakansiya təqdim olunub.

Bu barədə "Tehsil.biz"ə BŞTİ-dən məlumat verilib.

Ötən tədris ilində müsabiqələr nəticəsində 2769 nəfər işə qəbul olunub. Onlardan 1227 nəfəri müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 1245 nəfəri müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 297 nəfəri isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.

Həmçinin tədris ili ərzində məktəblərdə işə qəbul müsabiqəsi nəticəsində tutulmayan yerlər üzrə dərs saatlarının tədris edilməsi üçün digər məktəblərdən əvəzçilik qaydasında 494 ixtisaslı kadr dəvət edilib.

Xəbər lenti