Logo

Qafqazda yenə güclü universitet Azərbaycandan seçilmədi – Reytinq

07.07.2024 13:37 463 baxış

“Quacquarelli Symonds” (QS) dünya universitetlərinin yeni reytinqini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, hazırlanan yeni reytinq cədvəlində 1500 universitet yer alıb. Cənubi Qafqaz regionundan reytinq cədvəlinə ümumilikdə 6 universitetin adı düşüb ki, bunlardan da 3-ü Azərbaycan universitetidir.

Yeni reytinq cədvəlinə görə, Qafqazda ən yaxşı universitet Tbilisi Dövlət Universiteti olub. Ondan sonrakı yerlərdə Gürcüstan Texniki Universiteti və Yerevan Dövlət Universiteti qərarlaşıb. Azərbaycan universitetləri arasında ən yaxşı nəticə Bakı Dövlət Universitetinə (951) məxsusdur. Ondan sonrakı yerlərdə isə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (1001-1200) və Azərbaycan Dövlət İqtisad Universiteti (1001-1200) qərarlaşıb.

Yeni reytinq cədvəlində dünyanın ən yaxşı universitetləri kimi Massaçusest Texnologiyalar İnstitutu, London İmperial Kolleci, Oksford Universiteti, Harvard Universiteti və digərləri yer alıb.

Əliyar Xəlil

Xəbər lenti