Logo

Gənclər Kitabxanasında Silahlı Qüvvələr Günü münasibətilə silsilə materiallar hazırlanıb

25.06.2024 16:22 149 baxış
IMG

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq Azərbaycan Ordusunun qəhrəmanlıq və Zəfər yolunun təbliği məqsədilə geniş videomaterial, “Müzəffər Ordu ilə möhtəşəm qələbə” adlı biblioqrafik icmal və ənənəvi kitab sərgisi hazırlanıb.

Kitabxanadan "Tehsil.biz"ə bildirilib ki, videomaterialda Azərbaycan Ordusunun keçdiyi tarix yolu, bu günün əhəmiyyəti haqda geniş məlumat verilir, tarixin bütün hadisələri ardıcıllıqla əks etdirilir. Müasir Azərbaycan Ordusunun görüntülərinin yer aldığı materialda AXC dövründə Milli Ordunun yaradılması, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra Azərbaycan ordusunun inkişafındakı rolunu əks etdirən faktlar əks olunur. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda bu gün Azərbaycanın qüdrətli və nizamlı orduya malik olmasının Ümummilli Lider Heydər Əliyevin gərgin əməyinin bəhrəsi olmasından, Ali Baş Komandan İlham Əliyevin Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində, Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordunun yaradılmasına nail olmasından bəhs edilir.

“Müzəffər Ordu ilə möhtəşəm qələbə” adlı biblioqrafik icmalda isə Milli Ordu quruculuğuna dair “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu”, “Heydər Əliyev və Ordu quruculuğu”, “Azərbaycan tarixinin zəfər salnaməsi”, “Xilaskar İlham Əliyev” kimi kitabların icmalı təqdim edilir.

Müxtəlif dövrlərdə Azərbaycan Ordusu, Azərbaycanın hərbi tarixinə dair nəşr edilən kitablardan ibarət təşkil olunan kitab sərgisində dövri mətbuat materialları, kitabxana əməkdaşları tərəfindən hazırlanmış “26 İyun Silahlı Qüvvələr Günü” və “Müzəffər Ordu ilə möhtəşəm qələbə” adlı vəsaitlər sərgilənməkdədir.

Bu günə kimi Respublika Gənclər Kitabxanasında mütəmadi olaraq həyata keçirilən “Şanlı Zəfər tarixinin qəhrəmanları” və “Milli qəhrəmanlar unudulmur” layihələri çərçivəsində Milli qəhrəmanların, Aprel döyüşlərində iştirak edən igid oğulların, Vətən müharibəsi iştirakçılarının şanlı döyüş yolunu əks etdirən yüzlərlə materiallar hazırlanıb. Bu materialların hər biri kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/azerbaycan-respublikasi-silahli-quvveler-gunu yerləşdirilib.

Xəbər lenti