Logo

Dünyada təhsillə bağlı bilmədiklərimiz...

07.07.2024 22:00 349 baxış
IMG

Bir çoxları Cambridge və yaxud Sorbonne kimi ali təhsil müəssisələrinin dünyanın ən qədim təhsil ocaqları olduğunu düşünür, lakin bu belə deyil. Ən qədim təhsil müəssisəsi tituluna bizim eradan əvvəl 859-cu ildə Mərakeşin Fes şəhərində əsası qoyulmuş Karauin Müsəlman universiteti sahibdir.

Necə düşünürsünüz, ən çox şagird sayına malik olan məktəb harada yerləşir? Hindistanda! 2003-cü ildə Lukanuda Montessori məktəbinə 27 911 uşaq cəlb edilmişdir.

Elmlər doktoru fəxri adını almaq elə də asan deyil, xüsusən də 90 yaşında. Necə ki, bunu Elizabet Eyçelbaum (ABŞ) etmişdir. Bununla yanaşı, o ən yaşlı elmlər doktoru adını da qazanmışdır.

İngiltərədən olan Robert Kronin 52 yaşı olarkən Priston universitetinə biologiyanı öyrənmək üçün qəbul olmuş və buranı yalnızca 72 yaşında bitirmişdir. O universitetə qəbul olarkən həmin təhsil müəssisəsinin ən yaşlı məzunu adını qazanacağını ağlına belə gətirmirdi.

Çeroki qraflığında 1929-cu il məzunları 74 il ərzində hər il görüş təşkil edirdilər. Sonuncu dəfə 30 nəfərdən həyatda qalmış yalnız 9 nəfər görüşə gələ bilmişdir.

Ən uzun dərs 2003-cü ildə Laidlaw ali təhsil müəssisəsində (Avstraliya) 15 apreldən 17 aprelə qədər davam etmişdir. Professor Mari Barrouz 26 şagirddən ibarət sinifdə 54 saat ardıcıl olaraq bilogiyadan mühazirə oxumuşdur.

Dünyada cəmi 2 günlük mühazirə kursuna görə ən yüksək qonorarı Çiakqoda doktor Roland Dant əldə etmişdir. Belə ki, onun əldə etdiyi qonorar 3.080.000 dollar təşkil etmişdir.

Xəbər lenti