"Müəllimlərin sertifikatlaşdırılması prosesində keçid balını toplamayan müəllimlər əsasən Lənkəran-Astara, Qarabağ, Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə çalışan müəllimlərdir".
Tehsil.biz xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, riyaziyyat fənni üzrə keçirilən sertifikasiyanın nəticələr yüksəkdir:
"İngilis dili fənni üzrə də nəticələr qənaətbəxşdir. Təhlillər aparıldıqdan sonra sertifikasiya nəticələri ilə bağlı daha geniş məlumat veriləcək”.