Logo

Qarabağ və Şərqi Zəngəzurda növbəti peşə kursları təşkil edilib - FOTO

25.06.2024 22:44 331 baxış
IMG

Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizin sakinləri üçün peşə kurslarının təşkili işlərini davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Tehsil.biz"ə verilən məlumata görə, Agentlik tərəfindən Qarabağ və Şərqi Zəngəzur üzrə təşkil etdiyi növbəti peşə hazırlığı kurslarına Laçın şəhəri, Laçının Zabux kəndi və Füzuli rayonunun Horadiz şəhəri üzrə 27 nəfər keçmiş məcburi köçkün cəlb olunub.

Həmin şəxslərə kurslarda “proqramla idarə olunan dəzgahların operatoru”, “ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar” və “tikiş avadanlıqlarının operatoru, tikişçi” peşələri istiqamətində bilik və bacarıqlar öyrədilir.

Kursları uğurla bitirənlərin işlə təminatına da dəstək göstəriləcək.

Xəbər lenti