Logo

BDU-da təkrar ali təhsil almaq istəyənlərin sənəd qəbulu prosesi davam edir

08.07.2024 16:43 774 baxış

Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” növü üzrə sənəd qəbulu prosesi davam edir.

Bakı Dövlət Universitetində (BDU) təkrar ali təhsil almaq istəyənlər https://portal.edu.az/ vasitəsilə sənədlərini elektron formada təqdim edə bilərlər.

BDU-dan Tehsil.biz-ə bildirilib ki, portal vasitəsilə müraciətin cari statusu, müsahibə və imtahanlara dair məlumatlar əldə etmək, eləcə də təhsil haqqını ödəmək mümkündür.

Sənəd qəbulu prosesi avqustun 30-u saat 18:00-da bitəcək.

Xəbər lenti