Logo

Məşhur ekspert deputatlığa namizədliyini irəli sürdü

11.07.2024 13:32 332 baxış
IMG

Təhsil eksperti Kamran Əsədov sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək qərarı verib.


Bu barədə o, sosial şəbəkə hesabında məlumat verib. 

Kamran Əsədov qeyd edib ki, 70 saylı seçki dairəsindən namizədliyini irəli sürüb:

"İslahatlara dəstək vermək üçün seçki prosesinə qoşuldum. 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün doğulub, boya-başa çatdığım Neftçala rayonundan, 70 saylı seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürdüm və imzatoplama kampaniyasına start verdim. 

Neftçalada təkcə ölkə əhəmiyyətli yox, dünya miqyasında olacaq enerji və digər vacib layihələr həyata keçirilir.

Düşünürəm ki, Neftçalamın daha da inkişafına təkan verəcək bilik və bacarıqlara sahibəm". 

Qeyd edək ki, 1 sentyabr həm də Kamran Əsədovun doğum günüdür.

Xəbər lenti