Logo

Yaponiya süni intellektə əsaslanan avtonom silah sistemlərinə qarşı çıxıb

26.06.2024 14:23 348 baxış
IMG

Yaponiya hökuməti süni intellekt tərəfindən idarə olunan tam avtonom silah sistemlərinin hazırlanmasına və istifadəsinə qarşıdır və ölkə daxilində onlardan yaratmayacaq.

Tehsil.biz TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“İnsan müdaxiləsi olmadan işləyən silah sistemləri ilkin niyyətə zidd fəaliyyət göstərə bilər ki, bu da adi insanlara planlaşdırılmamış zərər vura bilər. İnsanın mərkəzi rolu prinsipinə riayət etmək və bu əsasda silahların etibarlılığını və proqnozlaşdırıla bilən olmasını təmin etmək lazımdır”, - məlumatda deyilir.

Xəbər lenti