Logo

MİQ imtahanlarının vaxtı AÇIQLANDI

26.06.2024 16:05 216 baxış
IMG

2024-2025-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bu barədə "Tehsil.biz"ə Təhsil İnstitutundan məlumat verilib.

Bildirilib ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

Qeyd edilib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları 2-10 iyul tarixlərində ölkənin 18 şəhəri olmaqla 39 imtahan mərkəzində təşkil olunacaq.

Xəbər lenti