Logo

Məktəb çökdü: Azı 16 şagird öldü

12.07.2024 23:40 574 baxış
IMG

Nigeriyanın mərkəzində dərs zamanı məktəb binasının bir hissəsi uçub.

Tehsil.biz TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində azı 16 məktəbli həlak olub.

Dağıntılar altından indiyədək beş nəfər xilas edilib.

Hadisə yerində xilasedicilər işləyir. Dağıntıları təmizləmək üçün qoşunlar cəlb edilib.

Xəbər lenti