Logo

Magistraturaya ixtisas seçimi davam edir: 7799 bakalavr ərizəsini təsdiq edib

27.06.2024 10:04 164 baxış
IMG

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi davam edir.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ixtisaslaşma seçiminə magistraturaya 11 fevral və 28 aprel 2024-cü il tarixlərində keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.

Həmin bakalavrlar 30 iyun saat 23:59-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə ixtisaslaşma seçimini aparmalıdırlar.

27 iyun saat 09:45-ə olan məlumata əsasən 7799 (Azərbaycan bölməsi – 7110 nəfər, rus bölməsi – 689 nəfər) bakalavr öz ərizəsini təsdiq edib.

İxtisaslaşma seçimi aparılan müddətdə bakalavr bitirdiyi ixtisasa müvafiq və istəyinə uyğun olan 20-dək ixtisaslaşmanın kodunu seçərək "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"nə istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir.

Müsabiqəyə yalnız ərizələrini təsdiq etmiş bakalavrlar buraxılacaqlar.

Xəbər lenti