Logo

"Fərqli dünyalar” sərgisi keçiriləcək

27.06.2024 10:17 119 baxış
IMG

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi və Ülvi Art Studiyasının təşkilatçılığı ilə “Fərqli dünyalar” adlı qrup sərgisi keçiriləcək.

"Tehsil.biz"in məlumatına görə, sərginin açılışı 28 iyun 2024-cü il tarixində, saat 18:00-da Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına Sərgi Salonunda baş tutacaq.

Sərginin əsas məqsədi müasir rəngkarlığımızı zənginləşdirən, rəngarəng əsərləri ilə diqqəti cəlb edən yaradıcı gənclərimizin sosial, eləcə də incəsənət aktivizmini önə çıxarmaq və onları geniş ictimaiyyətə tanıtmaqdan ibarətdir.

Sənətşünas Xanım Rzayevanın kuratorluğu ilə baş tutacaq sərginin ekspozisiyasında Ülvi Art Studiyasının 24 tələbəsinin (Aşurlu Onur, Əsgərova Aysu, Qurbanova Gülnar, Qurbanzadə Aydan, Şahverdiyeva Aysel, Abbasova Əfsanə, Musalı Jalə, Hüseynova Turanə, Babayeva Zöhrə, Əliyeva Fatimə, Zamanova Arzu, Yadigarlı Aynur, Quliyeva Kəmalə, Rəhimova Nazlı, Qəhrəmanova Xumar, Tağıyeva Gülər, Mədətova Aytac, Ağayeva Nərmin, Alsu Hümbətova, Fatimə Əlibaxşiyeva, Cavad Müslümlü, Gülbəyim Məmmədova, Ləman Nağıyeva, Məryəm Bağırova ) əsəri yer alacaq.

Ünvan: Azərbaycan Rəssamlar İttifaqı / Bakı şəhəri, Xaqani küçəsi 43

Xəbər lenti